Hörmətli müştərilər, bütün dünyada yaşanan xüsusi karantin rejimi ilə bağlı yük daşıma sahəsində də müəyyən problemlər yaşanır. Bu səbəbdən sifarişlərin vaxtında çatdırılmasında, bizdən asılı olmayan məqamlara görə, gecikmələr müşahidə olunur.
Koronavirus pandemiyası ilə əlaqədar tibbi ləvazimat reyslərinin önə alınması və yük reyslərinin məhdud sayda olması bağlamaların gec göndərilməsinə təsir edir .
Türkiyə reyslərində yaranan problemlə əlaqədar olaraq 02.05.2020 tarixində göndərilməli olan bağlamaların bir hissəsi 07.05.2020 tarixində göndərildi. Bağlamaların digər bir hissəsi isə 09.05.2020 tarixində göndəriləcək. Bu kimi halların Türkiyədə karantin rejimi bitənə qədər davam etməsi gözlənilir.
Bağlamalarınızın zamanında göndərilməsi üçün əlimizdən gələni edirik. Yaranan gecikməyə görə üzr istəyirik və anlayışınız üçün təşəkkür edirik.