Sevgi ilə daşıyırıq - Türkiyədən və Amerikadan sifarişlər

Brovseriniz köhnədir. Lütfən müasir brovserlərdən birini yükləyin.

1 TRY = 0.2277 AZN 1 USD = 1.7 AZN 1 USD = 7.4522 TRY
Giriş Qeydiyyat
1 TRY = 0.2277 AZN 1 USD = 1.7 AZN 1 USD = 7.4522 TRY
logo
# Şəkil Məhsulun linki Ölkə Qiymət Yekun qiymət Rəng Ölçü ×
Səbət boşdur.
GİRİŞ

Şifrəmi unutdum

Bağlamanızı sığortalayırıq!

baglamanizi-sigortalayiriq

01.12.2020

Bağlamalarınızı sığortalayırıq! 
 
Hörmətli müştərilər, Fizza.az SIĞORTALI ÇATDIRILMA xidmətini təqdim edir!
Sifariş etdiyiniz məhsulun qəza riski varsa və ya sifarişinizin xarıcı anbarda yoxlanılmasını istəyirsinizsə Sığorta xidmətimizdən faydalana bilərsiniz. 
 
Sığortalı Çatdırılma xidmətindən istifadə zamanı sifariş olunan malın Bakıdakı anbarımıza zədəsiz çatdırılmasına Fizza.az təminat verir. Bağlamanız xarici anbara çatdırılan kimi açılıb zədəli olub-olmaması yoxlanılacaq, yenidən qablaşdırılıb daha sağlam bağlamalara yerləşdirililəcək və Bakıya göndəriləcək. Bakıya göndəriş üçün hazırlanan və artıq çuvallara yığılan bağlamaların sığortalanması mümkün deyil. 
 
Bağlamalarınızı ofisdən ayrılmadan açıb yoxlayın. Ofisdən kənar yerdə açılan bağlamalara Fizza məsuliyyət daşımır.
 
Bağlamanı sığortalamaq istədiyiniz halda:
1. Özünüz xarici anbarın ünvanına sifariş etmisinizsə, bəyannamə əlavə edərkən Ad bölməsinə məhsulun adı ilə yanaşı mötərizədə Sığorta sözünü əlavə edin. Bağlama xarici anbarın sisteminə başqa izləmə kodu ilə əlavə edilərsə, bizə dərhal məlumat verməlisiniz. 
Link göndərib sifariş etmək istədiyiniz halda, sifariş zamanı Qeyd bölməsinə Sığorta sözünü əlavə edin. 
2. Sifarişiniz xarici anbarın sisteminə daxil olan kimi info@fizza.az e-mail vasitəsilə sığortalı çatdırılma xidmətindən istifadə etmək istədiyinizi bildirib bağlamanın izləmə kodunu göndərirsiniz. Mövzu hissəsinə Sığorta sözünü qeyd edin. 
3. Sığortalı çatdırılma haqqının əsasında Fizza.az şəxsi hesabınıza daxil olub balansı artırın.
4. Sifarişinizi sığortalamaq üçün siz məhsulun dəyərinin 5% (minimum 5 AZN) ödəməlisiniz.
Xatırlatmaq istərdik ki, məhsulun xarici anbarın sisteminə əlavə edilməsi üçün bəyannamə düzgün doldurulmalıdır. Bəyannamə əlavə etməyin izahlı qaydalarına videodan baxa bilərsiniz.
https://youtu.be/yNY0xvlgk1c