Sevgi ilə daşıyırıq - Türkiyədən və Amerikadan sifarişlər

Brovseriniz köhnədir. Lütfən müasir brovserlərdən birini yükləyin.

1 TRY = 0.1817 AZN 1 USD = 1.7 AZN 1 USD = 9.299 TRY
Giriş Qeydiyyat
1 TRY = 0.1817 AZN 1 USD = 1.7 AZN 1 USD = 9.299 TRY
logo
# Şəkil Məhsulun linki Ölkə Qiymət Yekun qiymət Rəng Ölçü ×
Səbət boşdur.
GİRİŞ


Şifrəmi unutdum

Bəyənnamə əlavə etmək haqqında ətraflı məlumat

beyenname-elave-etmek-haqqinda-etrafli-melumat

17.11.2020

Bəyannamənin düzgün əlavə olunma qaydaları
Hörmətli müştərilər, bir daha xatırladırıq ki, üzərində bəyannaməsi olmayan bağlamaların göndərişi həyata keçirilmir. Bu səbəbdən, sifarişinizin vaxtında çatdırılması üçün bəyannamənin nə olduğunu, düzgün əlavə qaydalarını və yarana bilən problemlərin aradan qaldırılması barəsində ətraflı məlumatı sizə təqdim edirik.

Bəyannamə alış-veriş etdiyiniz onlayn mağaza tərəfindən sizə təqdim olunan və əldə etdiyiniz məhsulun adı, ölçüsü, miqdarı, qiyməti və s. məlumatı daşıyan elektron sənəddir. Bəyannamə yalnız müştəri sifarişi şəxsən özü etdiyi zaman əlavə edilməlidir. "Mənim üçün al" xidmətindən istifadə edib link göndərərək sifariş edən müştərilərin bəyannamə əlavə etməklərinə ehtiyac yoxdur.

Sifarişiniz satıcı mağaza tərəfindən ölkə daxili kargo şirkətinə təhvil verilən anda sizə izləmə kodu göndəriləcək. İzləmə kodunu əldə etdikdən sonra siz Fizza.az saytındakı şəxsi kabinetinizə daxil olaraq bəyannamə əlavə etməlisiniz. Beləliklə, siz xaricdəki anbarımıza tezliklə sifarişinizin çatdırılmasını bizə bildirirsiniz və aldığınız məhsul anbara daxil olanda sistemə daha tez vurulur.

Bəyannamə əlavə etməyin qaydaları

Fizza.az saytına keçid alıb şəxsi kabinetinizə daxil olun. Daha sonra adınızın üzərinə klikləyərək "Bağlamalarım " və ya "Sifarişlərim" bölməsinə daxil olub "BƏYANNAMƏ ƏLAVƏ ET" səhifəsinə keçid edin. Ekranda yeni pəncərədə satıcı mağazanın səhifəsinə daxil olub "Siparişler" bölməsini açın. Qeyd etdiyimiz qaydada bəyannaməni doldurun.
1. İlk öncə sifarişi etdiyiniz ölkəni, yəni bağlamanın təhvil veriləcəyi anbarın hansı ölkədə olduğunu daxil edin.
2. Daha sonra mağaza adını daxil edin. Mağaza adını müvafiq xanada təqdim olunan siyahıdan seçə bilərsiniz, və ya siyahını ən aşağıya scroll edərək "Digər" seçib, açılan yeni xanada mağaza adını daxil edə bilərsiniz.
3. "Ad" bölməsinə məhsulun adını qeyd edin (Jaket, Maşın təkəri, İdman Ayaqqabısı, Tonal krem və s.)
4. "Tarix" bölməsinə sifarişi etdiyiniz tarixi qeyd edin.
5. "Kateqoriya" bölməsində məhsula uyğun kateqoriyanı seçin (Ehtiyyat hissələri, Geyim, Ayaqqabı və s.)
6. "İzləmə kodu" bölməsinə məhsulunuzu alarkən satıcı mağazanın sizə verdiyi "Tracking number", "İzleme kodu", "Gönderi kodu" qeyd edin.
7. "Fayl" bölməsinə aldığınız məhsulların invoysunu əlavə edin (invoys sifariş etdiyiniz saytda "Siparişlərim" bölməsində yerləşdirilir və burada aldığınız məhsulun adı, sayı, rəngi, ölçüsü və şəkli qeyd olunur). İnvoys satıcı mağaza tərəfindən siz alış-verişi bitirdiyinizdən sonra qeyd etdiyiniz e-poçta göndərilir. İnvoys göndərilmədiyi halda bu bölmənin ekran şəklini (Screenshoot) edərək fayl kimi əlavə edə bilərsiniz.

Bütün məlumatları daxil etdikdən sonra "Əlavə et" butonuna klikləyirsiniz və bəyannaməni əlavə etdiyiniz bağlama "Bütün bağlamalar" bölməsinə düşür.

Məhsulunuz xaricdəki anbarımıza təhvil verilən kimi tezliklə bəyannamədə qeyd etdiyiniz izləmə kodu ilə sistemə daxil edilir. İzləmə kodu vasitəsilə biz sifarişin sizin adına olmasını təyin edirik və bağlamanız "Xaricdəki anbarımızda" statusunu alır.

• Yarana bilən problemlər

Sistemdə tez-tez yaranan problemlərdən ölkə daxili kargo şirkətləri tərəfindən izləmə kodunun dəyişdirilməsidir. Bəzi hallarda ölkə daxili kargo şirkətləri satıcı mağazadan məhsulunuzu təhvil alarkən bağlamanın üzərinə yeni izləmə kodu əlavə edir. Beləliklə sizin bəyannaməyə əlavə etdiyiniz izləmə kodu bağlamanın üzərində qeyd olunan faktiki izləmə kodundan fərqlənir.

Müştərinin bəyannamədə qeyd etdiyi izləmə kodu bağlamanın üzərində olan izləmə kodu ilə eyni olsa bəyannamə təsdiqlənir. Ölkə daxili kargo şirkəti satıcı mağazadan bağlamanızı təhvil aldıqdan sonra üzərinə yeni izləmə kodu əlavə etsə, müştəri səhvən izləmə kodu əvəzinə sifariş nömrəsini və ya izləmə kodunu yanlış qeyd etsə izləmə kodları fərqli olacaq və bəyannamə əməkdaşlarımız tərəfindən yenidən əlavə ediləcək. Beləliklə bağlamanız yeni izləmə kodu ilə sistemə vurulacaq. Nəticədə müştərinin şəxsi kabinetində fərqli izləmə kodu ilə iki eyni bağlama mövcud olur. Müştəri tərəfindən bəyannaməsi əlavə olunan bağlama "Bəyannaməsiz bağlamalar " bölməsinə düşür, əməkdaşlarımızın bağlamanın üzərində olan yeni izləmə kodu ilə əlavə etdiyi bağlama "Xaricdəki bağlamalarım" bölməsinə düşür.

Belə hallar baş verəndə müştəri əlavə etdiyi bəyannaməni "Bəyannaməsiz bağlamalar" bölməsinə daxil olub silə bilər.

Bəyənnamə əlavə etməyin qaydasına aşağıda yerləşdirilən videoda baxa bilərsiniz.