Sevgi ilə daşıyırıq - Türkiyədən və Amerikadan sifarişlər

Brovseriniz köhnədir. Lütfən müasir brovserlərdən birini yükləyin.

1 TRY = 0.2456 AZN 1 USD = 1.7 AZN 1 USD = 6.9709 TRY
Giriş Qeydiyyat
1 TRY = 0.2456 AZN 1 USD = 1.7 AZN 1 USD = 6.9709 TRY
logo
# Şəkil Məhsulun linki Ölkə Qiymət Yekun qiymət Rəng Ölçü ×
Səbət boşdur.
GİRİŞ

Şifrəmi unutdum

Bəyənnamə əlavə etməyin qaydası

beyenname-elave-etmeyin-qaydasi

09.06.2020

Hörmətli müştərilərimiz, son zamanlar "Bəyannamə nədir və necə əlavə edilir?" ən çox verilən suallar arasındadır. Bəyannamə əlavə etməyin qaydasını videoya baxaraq öyrənə bilərsiniz. Nəzərinizə çatdırmaq istəyirik ki, bəyannamə satıcı mağaza (sifarişlərinizi özünüz etdiyiniz sayt) tərəfindən bağlamalarınız ölkə daxili kargoya verilərək anbarımıza göndərildiyi halda əlavə edirsiniz. Çünki bu zaman sifarişinizə izləmə kodu verilir və məhsullarınız sistemə onun əsasında daxil edilir. Link göndərərək sifariş edən müştərilərin bəyannamə əlavə etməklərinə ehtiyac yoxdur.
Bəyannamə əlavə etməyin qaydaları.
Fizza.az saytındaki şəxsi kabinetinizə daxil olaraq adınızın üzərinə klikləyərək bağlamalarım və ya sifarişlərim bölməsinə daxil olaraq "BƏYANNAMƏ ƏLAVƏ ET" səhifəsinə keçid edin. Ekranda digər bir pəncərədə isə satıcı mağazanın səhifəsində Siparişler bölməniz açıq olsun. Aldığınız məhsulun xüsusiyyətlərinə uyğun olaraq bəyannaməni doldurmağa başlaya bilərsiniz.
1. İlk öncə sifarişi etdiyiniz ölkəni, yəni bağlamanın xaricdəki hansı anbara təhvil veriləcəyi ölkəni, daxil edirsiniz
2. Mağaza adını daxil edirsiniz. Mağazalar siyahısından seçə bilərsiniz. Mağaza adını tapa bilmədiyiniz halda ən aşağıya scroll edərək Digər seçin və sizə açılan yeni xanada mağaza adını özünüz daxil edin.
3. "Ad" bölməsinə məhsulun adını qeyd edirsiniz (Jaket, Maşın təkəri, İdman Ayaqqabısı, Tonal krem və s.)
4. "Tarix" bölməsinə sifarişi etdiyiniz tarixi qeyd edirsiniz
5. "Kateqoriya" bölməsində məhsula uyğun kateqoriyanı seçirsiniz (Ehtiyyat hissələri, Geyim, Ayaqqabı və s.)
6. "İzləmə kodu" bölməsinə məhsulunuzu alarkən mağazanın sizə verdiyi "Tracking number", "İzleme kodu", "Gönderi kodu"qeyd edirsiniz
7. "Fayl" bölməsinə aldığınız məhsulların invoysunu əlavə edirsiniz (İnvoys sifariş etdiyiniz saytda "Siparişlərim" bölməsində yerləşdirilir və burada aldığınız məhsulun adı, sayı, rəngi, ölçüsü və şəkli qeyd olunur). Satıcı mağaza tərəfindən alış-veriş etdiyiniz zaman sizə mail vasitəsilə göndərilir. Göndərilmədiyi halda bu bölmənin ekran şəklini (Screenshoot) edərək fayl kimi əlavə edə bilərsiniz.

Bütün məlumatları daxil etdikdən sonra "Əlavə et" butonuna klikləyirsiniz və bağlamanız "bütün bağlamalar" bölməsinə düşür.

Məhsulunuz xaricdəki anbarımıza təhvil verilən kimi tezliklə sistemə daxil edilir və bağlamanız "xaricdəki anbarımızda" statusunu alır. Aldığınız məhsulların sistemə daha tez vurulması üçün xahiş edirik öncədən bəyan edəsiniz