Sevgi ilə daşıyırıq - Türkiyədən və Amerikadan sifarişlər

Brovseriniz köhnədir. Lütfən müasir brovserlərdən birini yükləyin.

phone icon 0123101616
1 TRY = 0.0619 AZN 1 USD = 1.7 AZN 1 USD = 18.5668 TRY
Giriş Qeydiyyat
1 TRY = 0.0619 AZN 1 USD = 1.7 AZN 1 USD = 18.5668 TRY
logo
# Şəkil Məhsulun linki Ölkə Qiymət Yekun qiymət Rəng Ölçü ×
Səbət boşdur.
GİRİŞ


Şifrəmi unutdum

Gömrüklə bağlı Nazirlər kabinetinin yeni qərarı

gomrukle-bagli-nazirler-kabinetinin-yeni-qerari

25.08.2020

Hörmətli müştərilərimiz. Nəzərinizə çatdırmaq istəyirik ki, ötən günlərdə Azərbaycan Respublikası Nazirlər kabineti tərəfindən daha əvvəl təsdiq edilmiş 305 nömrəli qərara düzəliş edilib. Bu qərarın xarici ölkədən sifariş verən vətəndaşlara hansı formada təsir edəcəyini açıqlayırıq.

Bu qərara əsasən 20 sentyabrdan etibarən hər bir vətəndaşa ölkə xaricindən (kuryer xidmətləri vasitəsilə) çatdırılma etmək üçün ayda 1 dəfə icazə veriləcək. Və hər bir vətəndaşa ayda yalnız 1 bağlamanın çatdırılmasına icazə verilir. Yəni vətəndaş bir saytdan sifariş verirsə və satıcı mağaza onun sifarişlərini 2 bağlamada göndərirsə 2-ci bağlama gömrük orqanı tərəfindən saxlanılır. Fərqi yoxdur bu 2 bağlamanın cəmi məbləği 5$-dır ya 300$.

Bildiyiniz kimi, bir çox satıcı mağazalar müxtəlif səbəblərdən sifarişləri fərqli bağlamalarda göndərə bilirlər. Yəni hansısa səbəbdən sifarişləriniz 2 bağlamada gəlirsə bunun üçün Gömrük orqanına məhsulun məbləği və çatdırılma ödənişinin cəminin 36%-i həcmində rüsum və digər ödənişləri ödəmək lazımdır.

Məsələn deyək ki, Türkiyədən 10$ məbləğində köynək və 10$ məbləğində şalvar sifariş vermisiniz. Və bu sifarişlər 2 bağlamada göndərilib. Bu zaman 2-ci bağlamanız olan şalvar üçün 10$-dan əlavə 36% rüsum (3.6$), 30 manat əməliyyat haqqı, 5 manat bəyannamə ödənişi, qaimənin anbara verilməsi üçün 15 manat giriş haqqı, üstəlik 48 saat sonra bağlamanın gömrükdə qaldığı hər gün üçün 1 avro rüsum ödəmək lazımdır. Yəni, 17 manatlıq şalvar üçün əlavə olaraq 3.6*1.7+30+5+15=56 manat ödəniş etməli olacaqsınız.
Xatırladaq ki, daha əvvəl bu limit 1000$ həcmində idi və müştərilərə yeni qərarda deyildiyinin əksinə ayda 1 dəfə deyil, bir neçə dəfə çatdırılma etməyə icazə verirdi. Hazırda isə bu limit 300$ təyin olunub və ayda yalnız 1 dəfə və 1 bağlamanın çatdırılmasına icazə verilir.

Yaxın günlərdə yeni qərar ilə bağlı sistemdə ediləcək dəyişiklikləri sizinlə paylaşacayıq.