Brovseriniz köhnədir. Lütfən müasir brovserlərdən birini yükləyin.
# | Şəkil | Məhsulun linki | Ölkə | Qiymət | Yekun qiymət | Rəng | Ölçü | × |
---|---|---|---|---|---|---|---|---|
Səbət boşdur. |
03.12.2020
Hörmətli müştəri, sizə daha keyfiyyətli xidmət göstərmək üçün fəaliyyət sahəmizdə müəyyən dəyişikliklər edilib. Fizza komandası olaraq il sonu yeniliklərini sizə təqdim edirik.
Sizə daha keyfiyyətli xidmət göstərə bilmək üçün Amerika anbarımızın ünvanını dəyişdik. Amerika anbarının yeni ünvanı ilə Fizza.az səxsi kabinetinizə daxil olaraq ”Xaricdəki ünvanlarım” bölməsindən Amerika başlığını seçərək tanış ola bilərsiniz.
Dekabr ayının sonunadək köhnə anbarımıza gələn bağlamalarınızın yeni anbara daşınması bizim tərəfimizdən ediləcək. Bundan sonra edəcəyiniz alış-verişlərdə yeni anbarımızın ünvanını daxil etməyinizi, həmçinin daha öncədən müəyyən saytlarda yaddaşda saxladığınız ünvanı yenisi ilə əvəz etməyinizi xahiş edirik. Əks halda yanvar ayından başlayaraq köhnə anbara təhvil verilən bağlamalara şirkətimiz məsuliyyət daşımır.
Sifariş etdiyiniz məhsulun qəza riski varsa və ya sifarişinizin xarıcı anbarda yoxlanılmasını istəyirsinizsə Sığorta xidmətimizdən faydalana bilərsiniz.
Sığortalı Çatdırılma xidmətindən istifadə zamanı sifariş olunan malın Bakıdakı anbarımıza zədəsiz çatdırılmasına Fizza.az təminat verir. Bağlamanız xarici anbara çatdırılan kimi açılıb zədəli olub-olmaması yoxlanılacaq, yenidən qablaşdırılıb daha sağlam bağlamalara yerləşdirililəcək və Bakıya göndəriləcək. Bakıya göndəriş üçün hazırlanan və artıq çuvallara yığılan bağlamaların sığortalanması mümkün deyil.
Bağlamalarınızı ofisdən ayrılmadan açıb yoxlayın. Ofisdən kənar yerdə açılan bağlamalara Fizza məsuliyyət daşımır.
Bağlamanı sığortalamaq istədiyiniz halda:
● Özünüz xarici anbarın ünvanına sifariş etmisinizsə, bəyannamə əlavə edərkən Ad bölməsinə məhsulun adı ilə yanaşı mötərizədə Sığorta sözünü əlavə edin. Bağlama xarici anbarın sisteminə başqa izləmə kodu ilə əlavə edilərsə, bizə dərhal məlumat verməlisiniz.
Link göndərib sifariş etmək istədiyiniz halda, sifariş zamanı Qeyd bölməsinə Sığorta sözünü əlavə edin.
● Sifarişiniz xarici anbarın sisteminə daxil olan kimi info@fizza.az e-mail vasitəsilə sığortalı çatdırılma xidmətindən istifadə etmək istədiyinizi bildirib bağlamanın izləmə kodunu göndərirsiniz. Mövzu hissəsinə Sığorta sözünü qeyd edin.
● Sığortalı çatdırılma haqqının əsasında Fizza.az şəxsi hesabınıza daxil olub balansı artırın.
● Sifarişinizi sığortalamaq üçün siz məhsulun dəyərinin 5% (minimum 5 AZN) ödəməlisiniz.
Xatırlatmaq istərdik ki, məhsulun xarici anbarın sisteminə əlavə edilməsi üçün bəyannamə düzgün doldurulmalıdır. Bəyannamə əlavə etməyin izahlı qaydalarına videodan baxa bilərsiniz.
https://youtu.be/yNY0xvlgk1c
Dekabrın 1-dən etibarən Türkiyə anbarına daxil olan bağlamaların çatdırılma haqqı yeni tariflərlə hesablanacaq. Noyabr ayının sonunadək Türkiyə anbarına təhvil edilən bağlamaların çatdırılma haqqı köhnə tariflərlə hesablanacaq.
Əlavə olaraq, Türkiyə tariflərinə yeni çəki əlavə edildi. Bu gündən etibarən 100 qrama qədər məhsulların çatdırılması cəmi 1$ olacaq. Artıq Türkiyədən az çəkili məhsulları, maye, kosmetika, aksessuarları daha münasib qiymətə qapınıza kimi çatdırmaq imkanına sahib olacaqsınız.
Yeni tariflərlə aşağıda tanış ola bilərsiniz.
0.1 kq-dək – 1$
0.1 kq – 0.25 kq-dək - 2$
0.25 kq – 0.5 kq-dək – 3.3$
0.5 kq – 0.7 kq-dək – 4.3$
0.7 kq – 1 kq-dək – 4.9$
1 kq – 3 kq-dək – Çəki (kq) * 4.9$
3 kq – 10 kq-dək – Çəki (kq) * 4.7$
10 kq-dan yuxarı – Çəki (kq) * 4.5$
0.1 kq-dək – 1$
0.1 – 0.25 kq-dək - 2$
0.25 – 0.5 kq-dək – 4$
0.5 – 0.7 kq-dək – 6$
0.7 kq – 1 kq-dək – 7.5$
1 kq-dan yuxarı – Çəki (kq) * 7.5$