Sevgi ilə daşıyırıq - Türkiyədən və Amerikadan sifarişlər

Brovseriniz köhnədir. Lütfən müasir brovserlərdən birini yükləyin.

phone icon 0123101616
1 TRY = 0.0894 AZN 1 USD = 1.7 AZN 1 USD = 18.5668 TRY
Giriş Qeydiyyat
1 TRY = 0.0894 AZN 1 USD = 1.7 AZN 1 USD = 18.5668 TRY
logo
# Şəkil Məhsulun linki Ölkə Qiymət Yekun qiymət Rəng Ölçü ×
Səbət boşdur.
GİRİŞ


Şifrəmi unutdum

Son 30 gün tarixçə və 300$ limiti

son-30-gun-tarixce-ve-300-limiti

29.10.2020

Hörmətli müştərilər, bildiyiniz kimi Dövlət Gömrük Komitəsinin son qərarına əsasən aylıq limit 300 $ məbləğində təyin edilib.
 
Bu o deməkdir ki, hər bir şəxsin 1 ay ərzində ölkəyə gətirilən bağlamaların ümumi dəyəri və çatdırılma haqqı 300$ keçməməlidir. Sizin hansı karqo şirkətindən istifadə etməyinizdən asılı olmayaraq ay ərzində adınıza gömrükdən keçən bütün bağlamalar limitinizə təsir edir.
 
Aylıq limit hesablanmasını izah edək. Məsələn, müştəri Fizza vasitəsilə 100$ dəyərində məhsul sifariş verib və sifarişinin çatdırılma haqqı 5$ edir. X Cargo şirkəti ilə 60$ dəyərində məhsul sifariş verib, çatdırılma haqqına 4$ ödəyib. O zaman müştərinin aylıq limiti 100$ + 5$ + 60$ + 4$ = 169$ təşkil edəcək. 
 
Hər bir şəxsin Azərbaycana gətirilən bağlamaları Dövlət Gömrük sistemində qeydiyyata salınır. Nəticədə Gömrük orqanları aylıq limit və eynicinsli məhsullar barəsində dəqiq məlumat əldə etmiş olur. Bu səbəbdən müştərilərə sifariş vaxtı aylıq limiti keçməmək üçün diqqətli olmalarını tövsiyə edirik. Əks halda müştəriyə əlavə rüsum təyin ediləcək. 
 
Fizza.az şirkəti vasitəsilə sifarişlərinizin aylıq xərcləmələrini şəxsi profilinizdəki “Son 30 gün tarixçə” bölməsində izləyə bilərsiniz. Nəzərinizə çatdırırıq ki, bu bölmədə göstərilən aylıq xərcləmələr yalnız bizim şirkət vasitəsilə edilən sifarişlər üçün nəzərdə tutulub.
 
Aylıq xərcləmələr təqvim gününə əsasən hesablanır və hər ayın əvvəli sıfırlanır.
 
Aylıq limitlə və eynicinsli məhsulların sifarişi ilə bağlı tam dəqiq məlumat əldə etmək üçün DGK 195 çağrı mərkəzinə zəng edə bilərsiniz.
 
Əlavə olaraq, bağlamaların Dovlət Gömrük Komitəsinin "Smart Customs" tətbiqində bəyan edilmə prosesinin müvəqqəti olaraq dayandırılmasını müştərilərimizə xatırlatmaq istərdik. Bəyannamələr köhnə qaydada yalnız bizim saytda əlavə edilməlidirlər.
 
Xoş alışverişlər