Dəyərli müştərilərimiz, sizlərə daha yaxşı xidmət göstərmək üçün Türkiyə tariflərimiz yeniləndi! Sizlərin rahat və əlverişli alış-verişini təmin etmək üçün Türkiyə maye məhsulları tariflərinə yeni çəki əlavə etdik. Bu gündən etibarən 100 qrama qədər məhsulların çatdırılması cəmi 1$ olacaq! Artıq Türkiyədən az çəkili (100 qrama qədər olan) bağlamaları (maye, kosmetika, aksessuarlar və s.) daha münasib qiymətə qapınıza kimi çatdırmaq imkanına sahib olacaqsınız. Mövcud endirimlərdən yararlanıb sifariş etməyə tələsin. Yeni tariflərimiz 01.12.2020 tarixindən etibarən qüvvəyə minəcək. Noyabr ayının sonuna qədər Türkiyə anbarımıza daxil olan bağlamaların çatdırılma haqqı köhnə tariflər əsasında hesablanacaq. Yeni tariflərimiz aşağıda qeyd edilib.