Sevgi ilə daşıyırıq - Türkiyədən və Amerikadan sifarişlər

Brovseriniz köhnədir. Lütfən müasir brovserlərdən birini yükləyin.

1 TRY = 0.2157 AZN 1 USD = 1.7 AZN 1 USD = 7.8665 TRY
Giriş Qeydiyyat
1 TRY = 0.2157 AZN 1 USD = 1.7 AZN 1 USD = 7.8665 TRY
logo
# Şəkil Məhsulun linki Ölkə Qiymət Yekun qiymət Rəng Ölçü ×
Səbət boşdur.
GİRİŞ

Şifrəmi unutdum

Yeni gömrük qaydaları

yeni-gomruk-qaydalari

24.09.2020

Dəyərli müştərilərimiz, gömrüklə bağlı yeni qərar 24 sentyabr 2020-ci il tarixindən etibarən qüvvəyə mindi. 

Nəzərinizə çatdırmaq istəyirik ki, müştərilərimizin limitlə bağlı hər hansı bir çətinlik yaşamaması üçün hal-hazırda xarici anbarlarımızda olan və xarici anbarlarımıza daxil olacaq bağlamaları 01.10.2020 tarixinədək xarici anbarda saxlayacağıq. Xarici anbarımızdakı bağlamaların göndərişi 03.10.2020 tarixində həyata keçiriləcək. Bu qayda hazırda yolda olan bağlamalara şamil olunmayacaq.

Xatırladaq ki, yeni qərara aylıq rüsumsuz limit 300 ABŞ dolları təşkil edir. Qərar qüvvəyə mindikdən sonra Sentyabr ayı da daxil olmaqla, hər ay üzrə 300 ABŞ dollarlıq limiti keçdiyiniz zaman bağlamanız üçün gömrük rüsumu hesablanacaq. Siz 300 ABŞ dollarını keçməmək şərtilə ay ərzində istədiyiniz qədər bağlama gətirə bilərsiniz.

1.Aylıq gömrük limit 1000 dollardan 300 dollara endirilib. Daşınma xərcləri də bu məbləğə daxildir.
2. Sifariş (bağlama) sayında limit tətbiq olunmayacaq.
3. Sifariş limiti son 30 gün üçün deyil , cari ay üçün tətbiq ediləcək və hər bir şəxsin gömrük limiti növbəti ay sıfırlanacaq.
4. Eyni vəya eyni cinsli məhsuldan 2 ədəddən çox sifariş edildikdə vergi rüsümü tətbiq olunacaq.

Eyni mallar - fiziki xassələri (malların dəyərinə təsir etməyən kiçik fərqlər istisna olmaqla), keyfiyyəti, həmçinin bazardakı nüfuzu da daxil olmaqla, bütün xüsusiyyətləri eyni olan mallar;
Eynicinsli mallar - bütün cəhətlərinə görə oxşar olmasa da, eyni funksiyaları yerinə yetirilməsini və kommersiya baxımından bir-biri ilə əvəz olunmasını mümkün edən oxşar xüsusiyyətləri və oxşar tərkib materialları olan mallar. Malların keyfiyyəti, bazardakı nüfuzu və əmtəə nişanının olması onların eynicinsliliyinin müəyyən edilməsi üçün nəzərə alınan amillərdəndir; (Məsələn: 2 köynək, 2 don və s. eyni cinsli məhsul sayılır, rəngindən və markasından asılı olmayaraq . Bu növdən 2 ədəddən çox məhsul olarsa, DGK tərəfindən saxlanılma ehtimalı yaranır. )