Sevgi ilə daşıyırıq - Türkiyədən və Amerikadan sifarişlər

Brovseriniz köhnədir. Lütfən müasir brovserlərdən birini yükləyin.

phone icon *6999
1 TRY = 0.0939 AZN 1 USD = 1.7 AZN 1 USD = 17.9363 TRY
Giriş Qeydiyyat
1 TRY = 0.0939 AZN 1 USD = 1.7 AZN 1 USD = 17.9363 TRY
logo
# Şəkil Məhsulun linki Ölkə Qiymət Yekun qiymət Rəng Ölçü ×
Səbət boşdur.
GİRİŞ


Şifrəmi unutdum

Sifariş et xidmət şərtləri

Fizza şirkəti Azərbaycana məhsulların çatdırılmasının iki yolunu təklif edir:

Birinci yol:

Sifariş etmək üçün müştəri www.fizza.az saytında qeydiyyatdan keçib ABŞ və Türkiyədə yerləşən anbarların ünvanlarını əldə etmiş olur. Növbəti addımda müştəri kart vasitəsilə alış-veriş edib məhsulları anbarımızın ünvanına sifariş edir. Məhsullar anbara çatdırılan kimi şirkətimiz onları Azərbaycana yollayır.

İkinci yol:

Əgər müştəri sifarişi özü edə bilmirsə, o zaman məhsulların dəyərini şirkətimizə onlayn kart vasitəsilə ödəyir. Sonra biz məhsulları müştərinin əvəzinə əldə edirik və Azərbaycana yollayırıq.

Fizza şirkəti sizə təcili sifariş xidmətini təklif edir. Təcili sifarişlər adi növbədən çıxarılır və 15-30 dəqiqə ərzində yerinə yetirilir.

Məhsullar anbara çatdırıldıqdan sonra müştəriyə izləmə nömrəsi təqdim olunur. Sonra biz məhsulu yollama prosesinə keçirik. Adətən bu proses 5-7 gün təşkil edir.

Məhsulların çatdırılma haqqını bir neçə üsülla ödəyə bilərsiz - bank kartı, MilliÖn, Hesab.az və ya nəğd şəkildə bağlamanı ofisimizdən təhvil alanda. Məhsulun ödəniş haqqı bütün bağlamaların ümumi çəkisindən asılıdır.

Fizza şirkəti satıcı firmanın göndərdiyi məhsulun orijinallığına, keyfiyyətinə və tərkibinə, məhsulun satıcı firmanın anbarında olmamasına, sifarişin satıcı firma tərəfindən imtina edilməsinə görə heç bir məsuliyyət daşımır. Belə halda müştəri birbaşa satıcı firmaya müraciyyət etməlidir.

Müştərinin səbətində olan bütün məhsullar ümumi ödənilsə sifarişlər bir yerdə yerinə yetirilir. Səbətdə olan məhsullar ayrı ödənilsə sifarişlər müxtəlif vaxtda yerinə yetirilə bilər.

Əgər sifarişin rəsmiləşdirilməsi zamanı hər hansı problem yaranarsa müştəri SMS və ya e-mail vasitəsilə məlumatlandırılacaq.

Şirkət aşağıda qeyd olunan məhsulların çatdırılması ilə məşğul olmur:

- Azərbaycan Respublikasına fiziki şəxslər tərəfindən gətirilməsi və beynəlxalq poçt vasitəsi ilə alınması qadağan olunmuş mallar

- Pulların və poçt ödənişi nişanlarının buraxılması üçün avadanlıqlar

- İnsan orqanları və toxumaları

- Zinət əşyaları, qiymətli daşlar və metallar

- Canlı heyvanlar və flora

- Partlayıcı, tezalışan və ya digər təhlükəli maddələr, eləcə də radioaktiv maddələr

- Zəhərli və toksikoloji maddələr

- Bioloji və infeksion maddələr

- Civə, kimyəvi reaktivlər və turşular

- İnsanın şərəf və ləyaqətini alçaldan, milli və dini hissiyatını təhqir edən materiallar

- Tez xarab olan qida məhsulları

- Narkotik və psixotrop maddələr, onlardan istifadə üçün ləvazimat

- Akkumulyatorlar

- Amortizatorlar

- Öz xüsusiyyətinə və ya qablaşdırılmasına görə poçt işciləri üçün təhlükə yarada bilən, digər poçt göndərişlərinin və poçt avadanlıqlarının zədələnməsinə, xarab olmasına və ya çirklənməsinə səbəb olan göndərişlər

- Sikkələr, banknotlar və yol çekləri

- Təyinat ölkəsinin idxalına qadağa qoyduğu mal və əşyalar

- Odlu silah və onun döyüş sursatları

- Soyuq silah

- Dövlət qerbi həkk olunmuş sənədlərin əsli

- Dövlət kəmiyyət vahidləri etalonları

- Dövlət Arxiv fondunun sənədləri

- İntim əşyalar