• "Sifarişçi" internet vasitəsilə alış-veriş zamanı yüklərin çatdırılması üçün aldığı məhsulları "Fizza Boutique MMC"-yə təqdim etdiyi andan aşağıda qeyd olunan şərtlər ilə tanış olur və qəbul edir.
• "Sifarişçi" qeydiyyatdan keçmək üçün daxil etdiyi məlumatların doğruluğuna görə məsuliyyət daşıyır.
• Qeyd olunmuş məlumatlarda dəyişikliklər olarsa, bununla bağlı "Fizza Boutique MMC"-yə məlumatların yenilənməsi üçün bildiriş göndərmək "Sifarişçi"-nin öhdəliyidir.
• "Daşıyıcı" yalnız şəxsi istifadə üçün sifariş edilən əşyaların daşınması ilə məşğuldur. Kommersiya məqsədli daşınmalar üçün müraciətlər qəbul olunmur.
• "Sifarişçi" nəqliyyat zamanı gömrük orqanları tərəfindən tələb olunan sənədləşməni "Daşıyıcı"-ya etibar edir. Sənədləşmə zamanı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən tələb olunan məlumatların "Daşıyıcı"-ya təqdim olunması zəruridir.
• Sifarişin dəyəri 30 gün ərzində 300 ABŞ dolları məbləğinədək olduqda, gömrük orqanları tərəfindən "Sifarişçi"-dən gömrük rüsumu tutulmur. Sifarişin dəyəri 30 təqvim günü ərzində 300 ABŞ dolları məbləğindən artıq olarsa, "Sifarişçi" gömrük rüsumu ödəməlidi.
• Sifariş edilən malların sığortalanması "Daşıyıcı" tərəfindən həyata keçirilmir və buna görə "Daşıyıcı" heç bir məsuliyyət daşımır.
• Sifariş əsasında daşınan bağlamadakı əşyanın orijinallığına və keyfiyyətinə görə "Daşıyıcı" heç bir məsuliyyət daşımır. Bu kimi hallarda "Sifarişçi" problemin aradan qaldırılması üçün birbaşa satıcı firmaya müraciyyət etməlidi.
• Sifariş edilmiş bağlama "Daşıyıcı"-nın ofisinə daxil olduqdan sonra "Daşıyıcı" tərəfindən "Sifarişçi"-yə bu barədə məlumat veriləcək. "Sifarişçi" bağlamanı "Daşıyıcı"-nın ofisindən özbaşına götürəcək. Əgər "Sifarişçi" bağlamanın birbaşa ünvanına çatdırılmasını istəyərsə ödənişli kuryer xidmətindən istifadə edə bilər.
• Sifariş olunan bağlamanın "Daşıyıcı"-nın ofisinə daxil olması barədə "Sifarişçi"-yə məlumat verildiyi andan etibarən 7 təqvim günü ərzində "Sifarişçi" bağlamanı təhvil almadığı təqdirdə, hər gün üçün 0,50 AZN saxlama haqqı hesablanır.
• Sifariş olunan bağlamanın çatdırılma haqqı 2 meyar üzrə (çəki və həcm) hesablanır. Həcm çəkisi bu məlumatlar əsasında hesablanır - en (sm) * uzunluq (sm) * hündürlük (sm) / 6000
• Çatdırılma ödənişləri hər bir bağlama üçün ayrı hesablanır (sifarişiniz bir neçə bağlamada gələrsə hər bağlama üçün ayrı hesablanır).
• Dövlət Gömrük Komitəsi tərəfindən qadağan olunmuş və yaxud şəxsi istifadə üçün nəzərdə tutulmayan yüklərin daşınması qəti qadağandır.
• Yuxarıda qeyd olunan şərtləri pozduqları üçün Dövlət Gömrük Komitəsi tərəfindən müsadirə olunan və yaxud rüsuma cəlb edilən bağlamalarla bağlı "Daşıyıcı" heç bir məsuliyyət daşımır.