Sevgi ilə daşıyırıq - Türkiyədən və Amerikadan sifarişlər

Brovseriniz köhnədir. Lütfən müasir brovserlərdən birini yükləyin.

phone icon *6999
1 TRY = 0.0939 AZN 1 USD = 1.7 AZN 1 USD = 17.9363 TRY
Giriş Qeydiyyat
1 TRY = 0.0939 AZN 1 USD = 1.7 AZN 1 USD = 17.9363 TRY
logo
# Şəkil Məhsulun linki Ölkə Qiymət Yekun qiymət Rəng Ölçü ×
Səbət boşdur.
GİRİŞ


Şifrəmi unutdum

DAŞINMA ŞƏRTLƏRİ

Nəzərinizə çətdıraq ki, 30 gün müddətində məhsulun fiziki dəyəri 300 ABŞ dolları ekvivalentindən az olmaq şərti ilə, Gömrük orqanları müştəridən gömrük rüsumunu almayacaq. Əgər 30 gün müddətində məhsulun fiziki dəyəri 300 ABŞ dolları ekvivalentindən artıq olsa, müştəri 300 ABŞ dollarından artıq olan məbləğin 36% gömrük rüsumu kimi ödəməlidi.

Məhsullar Fizza tərəfindən sığortalanmır və ona görə şirkət heç bir məsuliyyət daşımır. Məhsullar müştərinin arzusu ilə sığortalana bilər.

Fizza şirkəti əvvəldən zədələnmış məhsula görə məsuliyyət daşımır. Müştəri öz narazılığını satıcı firmaya bildirə bilər. Sifariş anbara çatdırılan kimi müştəri SMS və ya e-mail vasitəsilə məlumatlandırılacaq. Bağlamanı müştəri ofisimizdən götürə bilər.

Bağlamanın dəyəri çəki və həcm məlumatına görə hesablanır.

Həcm çəkisi bu məlumatlar əsasında hesablanır - en (sm) * uzunluq (sm) * hündürlük (sm) / 6000

Əgər müştərinin sifarişində birdən çox bağlama var, o zaman hər bağlamanın çatdırılma haqqı ayrı hesablanır.

Fizza, şirkətdən asılı olmayan səbəblərə görə (aviareysin gecikməsi, gömrük yoxlamaları, satıcı şirkətdə qeyri-iş günləri və s.), çatdırılmanın gecikməsinə məsuliyyət daşımır.

Fizza şirkəti aşağıda qeyd olunan məhsulların çatdırılması ilə məşğul olmur:

- Ölkə ərazisindən aparılması qadağan olunmuş mallar;

- Mobil telefonlar;

- Pulların və poçt ödənişi nişanlarının buraxılması üçün avadanlıqlar;

- İnsan orqanları və toxumaları;

- Zinət əşyaları, qiymətli daşlar və metallar;

- Canlı heyvanlar və flora;

- Partlayıcı, tezalışan və ya digər təhlükəli maddələr, eləcə də radioaktiv maddələr;

- Zəhərli və toksikoloji maddələr;

- Bioloji və infeksion maddələr;

- Civə, kimyəvi reaktivlər və turşular;

- İnsanın şərəf və ləyaqətini alçaldan, milli və dini hissiyatını təhqir edən materiallar;

- Tez xarab olan qida məhsulları;

- Narkotik və psixotrop maddələr, onlardan istifadə üçün ləvazimat;

- Öz xüsusiyyətinə və ya qablaşdırılmasına görə poçt işciləri üçün təhlükə yarada bilən, digər poçt göndərişlərinin və poçt avadanlıqlarının zədələnməsinə, xarab olmasına və ya çirklənməsinə səbəb olan göndərişlər;

- Sikkələr, banknotlar və yol çekləri;

- Təyinat ölkəsinin idxalına qadağa qoyduğu mal və əşyalar;

- Odlu silah və onun döyüş sursatları;

- Soyuq silah;

- Dövlət qerbi həkk olunmuş sənədlərin əsli;

- Dövlət kəmiyyət vahidləri etalonları;

- Dövlət Arxiv fondunun sənədləri.